Böyrək transplantasiyası ilə bağlı növbələr var - Komitə sədri
15 Fevral 2022 13:13 SosialAzərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək köçürmə əməliyyatı keçirilir."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş aparılır: "Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün Türkiyəyə göndərilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31