MVP: “Ramiz Mehdiyevin açıqlaması özü-özünü ifşadır”

"Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ölkənin ictimai-siyasi, elmi elitasını hədəfə alan açıqlaması əslində keçmiş Prezident Administrasiyası rəhbərinin özü-özünü ifşasıdır. Çünki AMEA prezidentinin qəzəbinə tuş gələn ayrı-ayrı fərdlər və qruplar məhz Ramiz Mehdiyevin PA-ya rəhbərlik etdiyi zamanda ortaya qoyduğu məhsuldur. Əslində Ramiz Mehdiyev  məsələnin belə bir vəziyyət almasında özünü günahlandırmalı və mövcud reallıqlarla barışmalıdır".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının AMEA tərəfindən ötən gün yayılan açıqlamaya münasibətində əksini tapıb. MVP hesab edir ki, AMEA prezidentinin siyasi partiyaları hədəf alması, onları "cib müxalifəti", yaxud "avtobus müxalifəti" kimi xarakterizə etməsi Mehdiyevin radikal müxalifətlə eyni düşüncə və dünya görüşünə malik olduğunu ortaya qoyur: "Ölkədə yaranmış siyasi mühit, normal iqtidar-müxalifət dialoqu, siyasi konfiqurasiya maraqlıdır ki, bir neçə radikal müxalifət tərəfindən də qəbul edilmir və onlar da 50-dən artıq siyasi partiyanın iqtidarla qarşılıqlı faydalı əməkdaşlığını lağa qoyaraq onları "cib müxalifəti", yaxud "avtobus müxalifəti" kimi xarakterizə edirlər. İndi də Ramiz Mehdiyevin eyni ifadəyə əl atması və siyasi müxalifəti belə demək mümkünsə aşağılaması, onu deməyə əsas verir ki, radikal müxalif düşərgənin siyasi partiyaları aşağılamaq barədə tezislərini də məhz AMEA prezidenti verib. Digər tərəfdən bu gün hədəf taxtasına çevirdiyi siyasi düşərgə zamanında Ramiz Mehdiyevin PA rəhbəri olarkən müıəyyənləşdirdiyi düşərgədir və siyasi cameənin bu cür qruplaşmasında zamanında akademikin "misilsiz" xidmətləri olub. Ona görə də, hazırlkı situasiyada Ramiz Mehdiyevin siyasi düşərgəni aşağılaması özünü ifşa etmə deməkdir".

MVP bəyan edir ki, AMEA-nın açıqlamasında Ramiz Mehdiyevin dilindən ona qarşı olan parlament üzvləri, akademiklərin tənqid olunması doğru yanaşma deyil və qərəzlidir: "Çünki yaxın keçmişimizdə istər parlamentin formalaşdırılması, istərsə də AMEA-ya akademiklərin seçilməsində PA rəhbəri kimi Ramiz Mehdiyev əsas rol oynayırdı və Milli Məclis üzvlərinin seçilməsində onun siyasi iradəsi əsas şərt idi. Bir sözlə Ramiz Mehdiyevin tənqid hədəfinə çevirdiyi siyasi düşərgə, müxalifət kimi akademiklər, parlament üzvləri də onun PA rəhbəri kimi ortaya qoyduğu məhsul idi. O zaman maraqlı sual ortaya çıxır? Necə olur ki, həmin siyasiu düşərgə, partiyalar, deputat və akademiklər Ramiz Mehdiyevin sifarişi ilə ona işləyəndə yaxşı olur, lakin indi akademika qarşı çıxanda pis? Deməli, akademik Ramiz Mehdiyev zamanında özü düzgün işləməyib, düzgün siyasət qurmayıb ki, bu gün gözləmədiyi və istəmədiyi "sürprizlər"lə qarşılaşır. Hər halda Ramiz Mehdiyev özü oturub bu barədə fikirləşməli və zamanında hansı səhvlərə yol verdiyinə nəzər salıb sağlam başla sağlam qərarlar verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31