Sığorta şirkətləri niyə kompensasiya ödəməkdən yayınırlar?
3 Fevral 2022 14:55 SosialÖlkədə uzun müddətdən bəri sığorta sistemi tətbiq edilməsinə baxmayaraq hələ də vətəndaşlar bu mexanizmdən istifadədə tərəddüd edirlər. Ekspertlərin qənaətinə görə, respublikada sığorta bazarının lazımi səviyədə inkişaf etməməsinin bir sıra özəl səbəbləri var. Bu səbəblər əhalinin sığorta bazarı, onun faydası barədə kifayət qədər bigiyə malik olmaması, maarifləndirmə işinin lazımi səviyyədə aparılmaması və sığorta şirkətlərinin vətəndaşlar qarşısında etibar qazana bilməməsi ilə izah olunur. Ancaq etiraf edilməlidir ki, beynəlxalq praktikada vətəndaşlar sığortanın çoxsaylı növündən kifayət qədər faydalana bilirlər. Azərbaycanda isə əksər vətəndaşlar sığorta hüquqlarından faydalana bilmirlər. Misal üçün qeyd edək ki, qış mövsümü ilə əlaqədar olaraq ölkədə avtomobil qəzalarının sayının artımı müşahidə olunur. Buna səbəb hava şəraitinin kəskinləşməsi, yolların buz bağlamasıdır. Məsələ orasındadır ki, əlverişsiz hava şəraitinin hökm sürməsinə baxmayaraq sürücülər nəzərdə tutulan təhlükəsizlik tədbirlərinə riayət etməkdə tərəddüd edirlər. Buna baxmayaraq bir sıra hallarda sığorta hadisəsinin baş verməsinə baxmayaraq sığorta şirkətləri müxtəlif bəhanələrdə kompensasiya ödəməkdən yayınırlar. Məsələn, yollarda baş vermiş qəza zamanı, yaxud külək nəticəsində aşmış ağacların vətəndaşların avtomobillərinə zərər yetirməsi kimi hallarda sığorta şirkətləri baş verənlərin sığorta hadisəsi olmadığını əsas gətirilər. Belə münasibət təbii ki, sürücülərlə sığorta şirkətləri arasında narazılığın yaranmasına səbəb olur. Bəs, sığorta hadisəsi dedikdə nə başa düşülür?
Sığorta hadisəsi nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, sığorta hadisəsi dedikdə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal başa düşülür. Beynəlxalq praktikaya görə isə sığorta hadisəsi - sığortalanmış risklə səbəb əlaqəsində olan, baş verməsi ilə sığorta ödənişinin sığorta müqaviləsinə uyğun olaraq yerinə yetirilməsinə əsas olan hadisə nəzərdə tutulur. Qanunvericiliyin praktik misalla izahı fikrimizi daha aydın çatdırmağa imkan verər. Məsələn, tutaq ki, şəxs sığortaçı ilə evinin aşağıdakı risklərdən sığortalanması barədə müqavilə bağlayır: zəlzələ, leysan, su basması, ildırım vurması, daşqın, tufan və dolu. Bir müddət sonra leysan yağışı nəticəsində evə ciddi ziyan dəyir. Leysan sığorta şərtləri ilə nəzərdə tutulmuş risklərdən biri olduğu üçün, onun nəticəsində sığortalanmış evə ziyan dəyməsi faktı sığorta hadisəsi hesab edilir. Başqa bir şəxs öz avtomobili ilə bağlı mülki məsuliyyətini sığorta etdirir, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində digər avtomobillə toqquşur. Əgər yol-nəqliyyat hadisəsinin sığortalı şəxsin təqsiri nəticəsində baş verməsi müəyyən edilsə, bu zaman onun digər avtomobilin sahibinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi, yəni mülki məsuliyyəti yaranır. Şəxsin mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi hesab edilir və buna görə digər şəxsə vurulmuş zərərə görə sığorta ödənişi verilir.
Kim haqlıdır-vətəndaş, yoxsa sığorta şirkəti?
Maraqlıdır, əgər sığorta şirkəti sığorta ödənişini verməkdən boyun qaçırısa vətəndaş hansı addımı atmalıdır? Məlumat üçün qeyd edək ki, sığorta ödənişləri tərəflər arasında bağlanan müqavilədən asılıdır. Müqavilədə sığorta riskləri konkret göstərilir ki, hansı sığorta riskləri olduqda sığorta ödənişləri edilir. Müqavilədə fors-majorun, yəni sığorta riskinə daxil olmayan hadisələr də göstərilir. Bu baxımdan gərək hər bir müqaviləyə baxılsın ki, belə halda sığota risqinə daxildir, ya daxil deyil. Odur ki, qəza baş verən zaman konkret hallarda bağlanmış müqavilələrin şərti əsas rol oynayır. Əgər müqavilədə hər şey ətraflı göstərilibsə, sığorta şirkətləri heç bir halda kompensasiya ödəməkdən yayına bilməzlər. Nəzərə almaq lazımdır ki, qarşı tərəfin də əlində müqavilə var. Həmin müqavilədə göstərilir ki, hansı hallarda sığorta ödənişləri verilir, hansı hallarda verilmir. Bunu sığorta şirkəti şəxsi istəyi ilə müəyyən etmir. Əgər doğrudan da o müqavilərdə göstərilibsə ki, qarlı havada baş verən qəzalara görə və yaxud da qarın yağması ilə bağlı dəymiş hər hansı zərərə görə sığorta ödənişi edilmir, onda sığorta şirkətləri haqlı olur. Lakin bütün sadalananlara baxmayaraq əksər hallarda sığorta şirkətləri sürücüyə dəyən ziyanın necə qiymətləndirilməsindən asılı olmayaraq özlərinə sərf edən məbləğı təklif edirlər. Məsələn, avtomobilə 500 manat cuvarında ziyan səyibsə, sığorta şirkətləri bu məbləği verməkdən imtina edir. Hətta müstəqil sığortaçı ekspertin dəyən ziyanın məbləğinin qiymətləndirməsi nəzərə alınmır. Kor tutduğundan əl çəkmədiyi kimi sığorta şirkətləri də özləri müəyyən etdiyi məbləğdən artıq ödəmək fikrindən daşınmırlar. Odur ki, sürücülər sığorta müqaviləsini bağlayanda bu məsələyə də diqqət yetirməlidirlər. Əgər sığorta müqaviləsində belə hallar nəzərdə tutulubsa, o zaman sürücü bu vəsaiti tələb edə bilər. Birmənalı şəkildə belə hallarda vətəndaş öz haqqını sığorta şirkətlərindən tələb edə bilər. Əks halda sürücünün məhkəməyə müraciət stmək hüququ yaranır.
Xatırladaq ki, sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün tərəflərini əhаtə еtməкlə əhаlinin mаddi rifаhının və sаhibкаrlıq risкinin zəmаnətçisi кimi çıхış еdir, gözlənilməz və fövqəlаdə hаdisələr zаmаnı əmlак mənаfеlərinin qоrunmаsınа, dövlətin mаliyyə sistеminin möhкəmləndirilməsinə təsir göstərir. О, nəinкi sığоrtа hаdisələri zаmаnı büdcəni dəyən zərərlərin ödənilməsindən аzаd еdir, həttа uzunmüddətli invеstisiyаlаrın mənbəyinə çеvrilir. Sığоrtа ixtisaslaşdırılmış sığоrtа təşkilatları tərəfindən həyata keçirilir. Bu təşkilatlar dövlət və qeyri-dövlət təşkilatları ola bilər. Azərbaycanda da dövlət və özəl sığorta şirkətləri fəaliyyət göstərir. Çox təəssüf ki, həmin şirkətlər vətəndaşların rifahını deyil, şəxsi mənafelərini üstün tuturlar.
Alim