"Azər Qismət , mütləq sağalacaqsan"
3 Fevral 2022 13:07 SosialOlaylar.az xəbər verir ki, jurnalist Ceyhun Musaoğlu infarkt keçirən həmkarı Azər Qismətlə bağlı öz facebook hesabında paylaşım edib. Paylaşımda deyilir:
"Azer Qismet , mütləq sağalacaqsan. İstedadlı azərbaycanlıların ürəyi minadır, sağlamlığa hər an təhlükə yarada bilir. Sən bu minanı zərərsizləşdirəcəksən. İstedadlısansa, ağıllısan. Ağıllı adamlar ürəyi nə vaxtsa mütləq beyinlə əvəzləyirlər - zərərsizləşdirirlər. Beyninin daha güclü olmasını, ürəyin də yükünü öz çiyninə götürməsini dua edirəm. Sən bunu da bacaracaqsan".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31