"Azərbaycanda yoluxma sayı bu sürətlə artarsa..." - Ekspertdən XƏBƏRDARLIQ

"03.03.2020-ci il - Ölkədə 3-4 nəfərdə koronavirusa yoluxma faktı qeydə alındığı üçün təhsil 10 martadək dayandı və ardınca distant təhsil bərqərar oldu. Dünənə açıqlanan yoluxma sayı isə 6620-dir, amma dərslər davam edir, heç bir önləyici tədbir alınmır".

Olaylar.az  bildirir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, əvvəllər məktəblər iki həftəlik karantinə alınırdısa da, son vaxtlarda məktəblərdə yoluxma faktı qeydə alınmasına baxmayaraq, qapadılma yoxdur:

"Anlaşılandı ki, əhali vaksinasiya olunub və yüngül keçirir. Amma "ölən"lər də var axı.  2-3 nəfər də deyil, 20 nəfərdən çox. Bu cür ziddiyyətli məqamların fərqində olan vətəndaş nə etsin?! İnansın ya şübhə ilə yanaşsın? Fikrimcə, ölkədə təhsil sahəsinə bağlı olan 2 milyondan çox şəxsi təhlükəyə atmaq lazım deyil. Ən azı təhsil müəssisələrinin 2-3 həftəlik qapadılması vacibdir".

Ekspert əlavə edib ki, artım bu şəkildə davam edərsə, iki həftə sonra aktiv xəstə sayına görə xəstəxanalarda çarpayılar yetməyəcək.

(sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31