Ulu Öndər Heydər Əliyev İstanbulda yad edildi- FOTOLAR

Bu gün İstanbulda Xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi vəfatınının 18-ci ildönümündə yad edilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimizin, Prezident Administrasiyasının, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31