Delta ştammı özünü məhv etməyə başlayıb - Professor

"Yaponiyada delta ştammı çox sürətlə yayılır və digər variantları geridə qoyur. Lakin mutasiyalar artdıqca, biz bu virusun uğursuz olduğunu görürük və o, özünün sıradan çıxarmağa başlayıb".

Olaylar.az xəbər verir ki, bu sözləri Yaponiyanın genetika professoru İturo İnoue "Japan Tayms" qəzetinə müsahibəsində deyib.

O, 3 ay əvvəl delta ştammının ölkə daxilində çox sürətlə yayıldığını, lakin son zamanlarda gündə yalnız 140 nəfərdə delta ştammının aşkar olunduğunu bildirib:

"Delta variantı hələ də canlı və güclüdür, lakin biz yoluxmaların sayının azalması səbəbindən mutasiyaların təbii şəkildə məhvə doğru getdiyini təxmin edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31