Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

Olaylar.az xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Onun atası geoloq, anası isə ingilis dili müəllimi olub.

1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alan A.Sultanova növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.

O, musiqiçi və aktyor Vladimir Şainski ilə ailəli olub.

A.Sultanova 1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar.

O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31