“Bandotdel” “1033” gecə klubunda əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO
23 Noyabr 2021 11:33 SosialBakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb.
Olaylar.az xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yerləşən "1033" klubuna Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olub.
Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb.
Onlara müvafiq olaraq protokol tərtib olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31