Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik  Ramiz Mehdiyevin tapşırığına əsasən Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri  davam edir.

Bir 4 nəfər, açıq hava və ağac şəkili ola bilər

Belə ki, Bağın 3 hektar ərazisinin kol-kos və qurumuş ağaclardan təmizlənməsi işləri sürətlə davam edir. Nəbatat Bağının intensiv inkişafı ilə əlaqədar olaraq təcrübə sahələrində yeni əkilmiş ağacların dibləri bellənərək suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilir. Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılır.

Bir 2 nəfər, ağac və ot şəkili ola bilər

Qurumuş və bir-birinin içinə keçmiş budaqların kəsilməsi, eyni zamanda ağac tacının içərisinə işığın asanlıqla girməsini təmin etmək məqsədilə kənardan gətirilən texnika vasitəsilə ağaclar formaya salınır.

Bir 2 nəfər, açıq hava və ağac şəkili ola bilər

Həmçinin, AMEA rəhbərliyinin tapşırığı əsasında həyata keçirilən yenidənqurma  və bərpa işləri zamanı Bağın ərazisində suvarma sisteminın səmərəli təşkili məqsədi ilə yeni yeni su borularının çəkilməsi prosesi artıq başa çatdırılıb.

Bir 2 nəfər, ayaqüstə duran insanlar, açıq hava və ağac şəkili ola bilər

Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi Bağın baş direktoru vəzifəsini icra edən Natiq Allaheverdiyev tərəfindən daim nəzarətdə saxlanılır.  Yenidənqurma işləri çərçivəsində ekskursiyaya açıq sahələrin yolboyu hissələrində beton döşəmə plitələrinin salınması prosesi davam edir. Eyni zamanda bağın ekskursiya sahələrinin işıqlandırma sisteminin quraşdırılması prosesi həyata keçirilir, naqillər salınır və işlərin son mərhələsində işıq dirəkləri quraşdırılır.

Bir 5 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər

Bir açıq hava və ağac şəkili ola bilər

Bir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 4 nəfər, açıq hava və ağac şəkili ola bilər

Bağın abadlıq-quruculuq işlərinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər Bağın estetik görünüşünün daha da yaxşılaşdırılmasına imkan verəcək.

Baku Botanical Garden

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31