Şabranda 55 yaşlı kişi itkin düşdü
22 Noyabr 2021 15:41 SosialŞabran rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Olaylar.az-a verilən məlumata görə, G.Əskərov 155 santimetr boylu, arıq bədən quruluşlu və psixi problemlidir.
Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin (050) 403-70-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31