Kəskin baş ağrısı ölümlə nəticələnə bilər

Olaylar.az   xəbər verir ki, nevroloq Nadejda Boyarinova kəskin baş ağrısının  ölümcül xəstəliklər haqqında siqnal ola biləcəyini söyləyib. 

Bu barədə nevroloq Nadejda Boyarinova " İzvestiya" ya müsahibəsində danışıb .

Həkimin sözlərinə görə, miqren, gərginlik baş ağrısı və klaster ağrıları birinci müstəqil baş ağrıları hesab olunur. İkinci dərəcəli baş ağrısı həmişə bədəndə bir nasazlıq və ya zəhərlənmə halı müşahidə edildikdə baş verir.

"Adətən insanın özü baş ağrılarının səbəblərini müəyyən etməsi  mümkün deyil. Bəzi insanlar bunun səbəbini öyrənməkdənsə,  ağrıları müxtəlif ağrıkəsicilərlə sakitləşdirməyə çalışır. Lakin bu kökündən yanlışdır.  Bu tip ağrılar beyin şişi, insult təhlükəsi ilə proqressivləşən serebrovaskulyar çatışmazlıq kimi ən ciddi patoloji  xəstəliklərin  diaqnozu ilə nəticələnə bilər "-deyə Barinova söyləyib.

Əlavə olaraq qeyd edib ki, təkrarlanan və ya çox şiddətli baş ağrıları zamanı gecikmə,  konsentrasiyanın və yaddaşın azalmasında klinik depressiyaya qədər, beyinin geniş miqyaslı zədələnməsinə və ciddi nəticələrə səbəb ola bilər:

Barinova baş ağrısının nevroloqa baş çəkməyi tələb etdiyi halları sadalayıb: ağrı ayda bir neçə dəfə görünsə, ürəkbulanma, qusma, bulanıq görmə, danışma və hərəkətlərin koordinasiyasının pozulması ilə müşayiət olunarsa, tez bir zamanda həkimə müraciət etməli olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31