Türkiyədə “İlin xəbər kanalı” “Haber Global” oldu - FOTO
22 Noyabr 2021 14:30 SosialTürkiyədə keçirilən "Marka Zirvəsi"ndə "5-ci Türkiyə Altın Marka Mükafatı" sahiblərinə təqdim olunub.
Sözügedən tədbirdə ticarət, iqtisadiyyat, mədəniyyət, incəsənət və media sahəsində müxtəlif kateqoriyaların ən yaxşıları mükafatlandırılıb.
Türkiyədə "İlin xəbər kanalı" nominasiyası üzrə mükafatın sahibi "Haber Global" telekanalı olub.
Mükafatı kanalın adından "Haber Global"ın xəbər koordinatoru Sərdar Akdoğar alıb.
"Mükafat üçün çox təşəkkür edirəm. Üç ildir yayım həyatımıza davam edirik. İlk gündən bu yana hər zaman hər kəsə düzgün xəbəri çatdırmaq üçün çalışırıq. Bundan sonra da eyni şəkildə davam edəcəyik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31