Misiridə “Azərbaycanı kəşf et” adlı rəsm müsabiqəsi keçirilib

Azərbaycan Diasporun Misirdəki sədir müavini, "El Hedaya Co" şirkətin səhimdarı Sada Əliəşrəf və DİDK-nin Misir üzrə koordinatoru Səbinə Səmədovanın təşkilatçılığı və dəstəyi altında ilk dəfə Misirin paytaxtı Qahirə şəhərində "Azərbaycanı kəşf et" adlı rəsm müsabiqəsi keçirilib.

"OLAYLAR" xəbər verir ki, Misir üzrə keçirilən müsabiqəyə 3000-ə yaxın misirli tələbə və şagirdlər qoşulub. Müsabiqənin 10 qalibinə "El Hedaya Co" şirkətinin adından şəhadətnamə və hədiyyə təqdim edilib.

Azərbaycanın Misirdə olan səfiri Tural Rzayev "Azərbaycanı kəşf et" rəsm müsabiqəsini şəxsən bəyənib və dəstəkləyərək ilk müsabiqənin qaliblərinin Azərbaycanın Misirdəki səfirliyində mükafatlandırılmasına şərait yaradıb.

Qeyd edək ki,  "Azərbaycanı kəşf et" rəsm müsabiqəsinin hər il keçirilməsi planlaşdırılır.

Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb Əvvəlcə ərəb dilində nəşr olunmuş "Qarabağ,Azərbaycan" kitabının nümayişi olub. Kitabın müəllifi Səbinə Sultan qeyd edib ki, qalblərin şəkilləri və rəsmiləri kitabda çap olunub.

Sonra misirli qız Zina Mustafa Dərviş Səməd Vurğunun "Azərbaycan" şeirini Azərbaycan dilində səsləndirib.  "Azərbaycanı kəşf et" müsabiqəsi Misir mediasının da çox böyük marağına səbəb olub.

Diasporanin ən fəal üzvü olan gənc alim, ixtiraçı, Beynəlxalq İntel İSEF laureatı Sandi Salem çıxışında bu ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ürəyi sayılan Qarabağ geri qaytarılıb. O, misirli vətəndaşları Qarabağa  dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31