Azərbaycanda koronavirusa görə ölüm faizində artım müşahidə olunmur
20 Noyabr 2021 13:41 SosialAzərbaycanda koronavirusa görə ölüm faizində artım müşahidə olunmur.
Olaylar.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, koronavirusdan ölüm hallarının azalıb-çoxalması əsasən infeksiyaya yoluxan və ölənlərin faiz nisbəti ilə götürülür:
"Ölüm halları xəstəliyin gedişatı ilə əlaqədardır. Hazırda koronavirusla bağlı ölüm hallarında artma müşahidə olunmur", -deyə Y.Qarayeva bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31