Səfər Mehdiyev: Xarici ticarət iştirakçıları üçün elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulub

Müasir platformaların imkanlarından istifadə edərək innovativ həllərin tətbiqi Dövlət Gömrük Komitəsi (DGK) üçün daim əsas prioritet istiqamətlərdir.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, DGK gələcəkdə də biznes-gömrük əlaqələrinin tam elektronlaşdırılması, xarici ticarət iştirakçıları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.

"Onu da bildirim ki, Komitə tərəfindən xarici ticarət iştirakçıları üçün "e.customs.gov.az" portalı vasitəsilə təqdim ediləcək elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulub. Xarici ticarət iştirakçıları "e.customs.gov.az" portalında "Şəxsi kabinet"lərinə daxil olmaqla təqdim edilən elektron xidmətlərdən istifadə edə biləcəklər", - deyə sədr qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31