DGK sədri: Tezliklə “Smart Customs” mobil tətbiqinin təkmilləşdirilmiş versiyasının təqdim olunması planlaşdırılır
20 Noyabr 2021 13:03 SosialYaxın günlərdə "Smart Customs" mobil tətbiqinin vizual və texniki baxımdan təkmilləşdirilmiş versiyasının ictimaiyyətə təqdim olunması planlaşdırılır.
Bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
O bildirib ki, yeni versiyaya bir çox funksionallıqlar əlavə olunub. Xarici ticarət iştirakçıları "e.customs.gov.az" portalındakı bildirişləri artıq "Smart Customs" mobil tətbiqi vasitəsilə də izləyə biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31