Səfər Mehdiyev: “Smart Customs” mobil tətbiqindən istifadə edənlərin sayı 229 min nəfərə yaxındır

Cari ilin 10 ayı ərzində təkcə "e.customs.gov.az" portalı və "Smart Customs" mobil tətbiqi üzərindən 4 milyon 658 min ədəd Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, cari ilin ilk 10 ayı ərzində "e.customs.gov.az" portalında və "Smart Customs" mobil tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 275 min 243 nəfərdir. Mobil tətbiqdən istifadə edənlərin sayı isə 229 min nəfərə yaxındır. Onlardan 138 min nəfəri "Android", 91 min nəfəri isə "iOS" platformasının istifadəçiləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31