Soyuq payızın “isti” filmi: poladlılıların isti çörəyi, isti çayı hər evə istilik gətirəcək - VİDEO

Soyuq payızın "isti" filmi: poladlılıların isti çörəyi, isti çayı hər evə istilik gətirəcək

Qubadlı sakinləri 28 ildən sonra işğaldan azad olunan rayonlarına səfər ediblər.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, doğma yurdlarını ziyarət edən sakinlər Poladlı kəndindəndirlər.

Hər ailədən bir nəfər poladlı sakini həm doğma kəndlərini ziyarət edib, həm də Qubadlını gəziblər. Maraqlı məqam isə odur ki, onların hər biri Qarabağ müharibəsi veteranıdır.

Bir ağac və açıq hava şəkili ola bilər

Azərbaycan Televiziyasının "Vətənimiz Azərbaycan" layihəsinin növbəti buraxılışı Qubadlıya və poladlılıların bu səfərinə həsr olunub.

Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, baş örtüyü və açıq hava şəkili ola bilər

Çəkilişlər Qubadlı şəhəri, Dondarlı, Dəmirçilər, Mirlər və Qəzyan kəndlərində aparılıb. Lakin verilişin əsas çəkilişləri Poladlı kəndində olub.

İşğaldan əvvəl Poladlı kəndində 18 ailə yaşayıb. Kiçik kənd olsa da, hər ailədən bir, bəzi ailədən isə iki nəfər Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Hətta onlardan bəziləri Vətən müharibəsinin də iştirakçısı olub.

Bir səma şəkili ola bilər

Hər iki müharibənin iştirakçısı olan kənd sakini Zahir Yusifovun ilk işi kəndin ən yüksək zirvəsinə Azərbaycan bayrağını sancmaq olub.

Daha sonra poladlı sakinləri öz evlərini tapıb, onlar xarabalığa çevrilmiş yurd-yuvalarına baxıblar.

Bir açıq hava şəkili ola bilər

Poladlı kəndindən olan tanınmış tarzən Elman Sadıqov uşaqlıq illərinin keçdiyi evin uçuq divarları arasında muğam ifa edib.

Köhnə qonşular kənddə bir yerə yığılaraq 28 il əvvəl olduğu kimi çörək bişiriblər, Qarabağa qayıdışın simvolu olaraq ağac əkiblər. Onlar Ağa çayından balıq tutub, suyundan çay hazırlayıblar. Sakinlər illərdir bu çayın dadını heç bir yerdə ala bilmədiklərini dilə gətiriblər.

Bir 2 nəfər, səma, təbiət, ağac və dağ şəkili ola bilər

Kənd camaatı Milli Qəhrəman Əliyar Əliyevin qəbrini də ziyarət edib.

Kəndini ziyarətə gedənlərdən biri də Qarabağ müharibəsi veteranı, AzTV-nin qocaman əməkdaşlarından biri Rasim Mədəddir.

Bir 2 nəfər və mətn şəkili ola bilər

Verilişdə 14-cü əsrə aid Dəmirçilər türbəsi, 19-cu əsrə aid Hacı Bədəl körpüsü, Mir Sədi ağa ziyarətgahı və Qubadlının digər tarixi abidələri nümayiş olunacaq.

"Vətənimiz Azərbaycan"ın Qubadlıya həsr olunmuş buraxılışı noyabrın 21-i 10:30-da AzTV-də yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31