“TikTok”da narkotiki təbliğ edən gəncə xəbərdarlıq edilib
19 Noyabr 2021 14:16 SosialBir neçə gün öncə "TikTok" platformasında "ll@amid52" adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilərək, o, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31