Qazaxıstan könüllüləri ASAN könüllülərinin fəaliyyəti ilə tanış olublar

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əməkdaşlığı çərçivəsində könüllülük sahəsində təcrübə mübadiləsi məqsədilə Qazaxıstan könüllülərinin ölkəmizə səfəri təşkil edilib.

"OLAYLAR" xəbər verir ki, səfərin ikinci günündə könüllülərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin, "ASAN Könüllüləri" Təşkilatının fəaliyyəti barədə məlumat verilib, könüllülük proqramları, tədbir və layihələrdən söz açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31