Azərbaycan Mərkəzi Bankı məhkəməyə verildi
19 Noyabr 2021 10:58 Sosial"FOODINI" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Mərkəzi Bankını (AMB) məhkəməyə verib.
Olaylar.az-ın məlumatına görə, MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
"FOODINI" MMC Mərkəzi Banka qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürüb.
İddia hakim Zeynəb Axundovanın icraatına verilib.
Məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovdur.
(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31