AzTU-nun tələbəsi Avropa çempionatında bürünc medala layiq görülüb
19 Noyabr 2021 10:29 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin birinci kurs tələbəsi Rəşad Quluzadə Litvanın Vilnüs şəhərində keçirilən Qol güləşi üzrə XXX Avropa çempionatında bürünc medala layiq görülüb.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, bu münasibətlə AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadəni qəbul edib. Rektor tələbəyə dərslərində və idman sahəsində daha böyük uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 23 oktyabr - 01 noyabr tarixlərində keçirilən Qol güləşi üzrə XXX Avropa çempionatında Azərbaycan yığma komandası 11 qızıl, 5 gümüş və 7 bürünc olmaqla ümumilikdə 23 medal qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31