Şəhid Murad Xəlilovun nəşi ailəsinə təhvil verilib

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi 12:00-da rayonun Çinarlı qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət etsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31