Mehriban Əliyeva şəhid olan hərbiçilərimizin doğmalarına və yaxınlarına başsağlığı verib
17 Noyabr 2021 16:25 SosialBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ermənistanın törətdiyi təxribatla bağlı paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir:
"Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun! #QarabağAzərbaycandır #ŞəhidlərÖlməz"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31