Turşudan zəhərlənən 10 yaşlı qızın SON VƏZİYYƏTİ

Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.

Qurum rəsmisi bildirib ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.

Xatırladaq ki, Füzuli rayon sakinləri Ricay Mirzəyev və qızı Aytac Mirzəyeva noyabrın 12-də evlərində pomidor turşusundan zəhərlənmə ilə rayon mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilmişdi. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Ricay Mirzəyevin isə həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31