Buster dozada eyni və ya fərqli vaksin vurula bilər - SƏHİYYƏ NAZİRLİYİ
17 Noyabr 2021 16:04 SosialBuster dozada eyni və ya fərqli vaksinin vurulmasının heç bir problemi yoxdur.
Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, respublikamızda çox insan var ki, hər üç dozanı eyni vaksindən alıb, amma bir hissəsi də fərqli vaksin qəbul edib.
"Bunun heç bir fərqi yoxdur və effektivliyi də bir-birindən fərqlənmədiyi üçün tövsiyə olunur. Yan təsirlərin tezliyi də fərqli deyil" - deyə, o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31