"Evdə müalivə zamanı antibiotik istifadə etmək doğru deyil"- Təyyar Eyvazov

"Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə koronavirusa yoluxan xəstələrdə antibiotikə ehtiyac 8 faizdir. Yəni 100 xəstədən 8-də antibiotikdən istifadə oluna bilər. Bu dərmanlardan lazımsız istifadə ağır hallara yol aça bilər. Hər həkim bu təyinatı edə bilməz".

Olaylar.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, COVID-19-a yoluxan xəstələrin 15-20 faizi xəstəliyi çox ağır, 5 faiz kritik keçirir. Qalanlarda isə xəstəlik yüngül və orta ağır keçir:

"Xəstələrin çoxunda ağciyərlərin zədələnməsi olmur. Hərarətsalıcı dərmanlardan istifadə olunur. Koronavirus xəstələrinin çoxu evdə müalicə olunur. Evdə müalicənin əsas qüsuru isə külli-miqdarda antibiotikdən istifadədir. Bəlkə də həmin xəstə antibiotiki qəbul etməsəydi, daha tez sağalacaqdı. Bəzən o qədər antibiotikdən istifadə olunur ki, xəstə xəstəxanaya gətiriləndə həkim bilmir ki, ona hansı növ antibiotikdən istifadə etsin". (axsam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31