Sumqayıtda qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkar olunub
17 Noyabr 2021 15:26 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, 3-cü mkr. ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.
AQTA-dan "OLAYLAR"-a verilən məlumata görə, reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31