Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuzla vida mərasimi keçirilir - FOTOLAR

Dünən erməni hərbçilərin təxribatı nəticəsində şəhid olan Əliyev Natiq Yusif oğlu ilə vida mərasimi keçirilir.

Vida mərasimində şəhid hərbçimizin yaxınları, döyüş yoldaşları, rəsmilər iştirak edir.

Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan çavuş Natiq Əliyev ailəli olub, 1 övladı var.

Şəhidimiz Laçın və Kəlbəcər arasında düşmən təxribatının qarşısını alarkən şəhadət zirvəsinə ucalıb. Allah rəhmət eləsin!

(baku.ws)

  •  
  •  
  •  

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31