"Əlilliyin təyinatı ilə bağlı böyük problemlər var”-deputat

Deputat Vahid Əhmədov bu gün keçirilən plenar iclasda Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyona yaxın artıq vəsaitin qalmasını qəbul etmədiyini bildirib.  Olaylar xəbər verir ki, deputatın sözlərinə görə, dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir: "Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır. Biz qanunda pensiya yaşı ilə bağlı dəyişikliklər etdik, həm də staj ilini dəyişdik. O da pulun yığılmasında DSMF-yə kömək etdi. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31