Ünvanlı sosial yardımla bağlı yoxlamalar aparılır

"Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır". Olaylar-ın  xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
"Bu işlərin isə ilin sonuna qədər yekunlaşması gözlənilir", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31