Duzdan istifadə edərkən diqqətli olun- yoxsa...
15 Noyabr 2021 14:49 SosialOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Ürək Assosiasiyasının alimləri duz qəbulunun nə qədər ürək-damar xəstəliklərinin inkişaf riskini artırdığını müəyyən ediblər.
Bu barədə, tədqiqatın nəticələri New England Journal of Medicine- də dərc olunub .
Məlumata əsasən, Həkimlər on min iştirakçının sidik testlərini doza-cavab əsasında qiymətləndirib. Ekspertizada eyni sayda qadın və kişi iştirak edib.
Hesablamalara ürək-damar xəstəliklərinin 571 halı birbaşa yüksək natrium və aşağı kalium qəbulu ilə bağlıdır.
Əlavə olaraq, Harvard Xalq Sağlamlığı Məktəbinin tədqiqatçısı Yuan Ma, "Pəhrizdə duzun miqdarının artırılması ürək xəstəliklərinin inkişaf riskini 18 faiz artırdı" -söyləyib.
Mütəxəssislər gündəlik natrium qəbulunu müəyyən etmək üçün yenidən, daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar.