5 QARDAŞ - Döyüşçü Ağayev qardaşları
15 Noyabr 2021 14:05 Sosial"Vətən sevgisi imandandir" hz. Əli
Vətən sevgisi olmayanın nə dini olar , nə də imanı !
Birinci Qarabağ müharibəsi Azərbaycan tarixində ən acı verici bir müharibə olmuşdur. Yeni qurulan , hələ tam nizami ordusu formalaşmayan ölkə üçün gözlənilməz oldu. Həqiqi vətən sevgisi bu zaman göstərdi özünü. Kimlərinsə "vətən sevgisi" onu padvallarda, meşələrdə gizlənməyə , kimlərisə də həqiqi vətən sevgisi ön cəbhəyə - vətənin müdafiəsinə apardı.
Söz açacağım Ağayev qardaşları - bəli , 5 qardaşın 5-i də həqiqi vətən sevənlərdən olub bir nəfər kimi bu qardaşlar cəbhəyə yollandılar.
Ağayev Eyvaz İbiş oğlu
Ağayev Eldar İbiş oğlu
Ağayev Elxan İbiş oğlu
Ağayev Elşad İbiş oğlu
Ağayev Elşən İbiş oğlu
![]()
![]()
Ağayev qardaşları haqqında qısa məlumat .
Birinci, Böyük qardaş Ağayev Eyvaz 1991-ci ildən 2007-ci ilə kimi döyüş bölgəsində xidmət edib. O, Ağdam, Ağdərə, Füzuli rayonlarında döyüşüb.
2-ci qardaş Ağayev Eldar İbiş oğlu 1992-ci ildən 1998-ci ilə qədər Milli Qvardiya sıralarında Qubadlı, Füzuli , Ağdərə istiqamətlərində döyüşüb.
3-cü qardaş Ağayev Elşad İbiş oğlu 1991-ci il fevral ayından könüllü olaraq Laçın batalyonuna qoşulub Şuşanın Daşaltı əməliyyatı, Füzuli, Qırmızıbazar, Laçının bir çox istiqamətlərində , o cümlədən, Qızartı, Turşusu, Sarısu, Qamışlı məntəqələri uğrunda döyüşüb.
1991- ci il avqust ayında AMON-a daxil olub. Həmin ilin noyabr ayında ordan xaric olub, Ali Dövlət Baş Hakimiyyət orqanı indiki XDMX-Ə daxil olub.
Gəncə hadisələri zamanı qiyamın yatırılmasında xüsusi rolu olmuşdur. 1993-cu il iyun ayının 4-də 56 nəfərlik "ALFA" qrupbası ilə Surət Hüseynovu tərksilah ediblər.
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi əməliyyatında təhlükəsizlik qoruması olmuşdur.
1993-cu il 26 iyunda yuxarı komandanlıq tərəfindən əmr alaraq Elşad Ağayevin komandirliyi altında XDMX-nin 103 nəfərlik seçilmiş xüsusi dəstəsi ilə Ağdamın Xanabad qalası, Söyüdlü postu və 19-cu post adlanan yerlərdə əməliyyat aparmış 11 yaralını oradan sağ-salamat çıxarmışdır ( həmin şəxslər hal-hazırda sağdır).
1993-cu il iyun ayının 4-də Ağdamın Əhmədabad kəndində 4 güllə yarası almış, 1996-ci ildə XDMX-nin vasitəsilə Türkiyədə Gülhanə tibb mərkəzində əməliyyat olunmuşdur.
4-cü qardaş Ağayev Elxan könüllü olaraq 1992-ci ildə döyüşlərə yollanmış və özü döyüşlərdə iştirak etmək üçün israr etsə də qardaşların təkidi ilə evdə ailə vəziyyətinə görə 3 ay iştirak edə bilmişdir.
5-ci - sonuncu qardaş Ağayev Elşən İbiş oğlu 1992-ci ildən 777 saylı xüsusi təyinatlı dəstədə (speçnaz) qulluq etməyə başlamışdır. 1993-cü ildə Qırmızıbazar döyüşlərdə iştirak etmiş, Füzulinin Zəmlik deyilən ərazində sağ gözündən yaralanmışdır.
Xatırladaq ki, Yardımlı rayonunun Ostair kəndinin 100-ə yaxın Qarabağ müharibəsi iştirakçıları vardır. İstər ön cəbhə, istərsə də arxa cəbhədə birinci və ikinci Qarabağ müharibəsi zamanı Ostair kəndi hər zaman aktiv olmuşdur.
Yazıya aldı Həsənov İlqar Mehdi oğlu Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin fond müdiri Ilqar Mehdi Həsən
Gena Ostair
Elman Eldaroğlu