Beyninə qan sızan bəstəkarın son vəziyyəti ilə bağlı - AÇIQLAMA

Noyabrın 10-da beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilən bəstəkar-müğənni Pərviz Mahmudovun son vəziyyəti açıqlanıb.

Olaylar.az  xəbər verir ki, "Leyla Medical Center"in Anesteziologiya və Reanimasiya şöbəsinin rəhbəri Asim Əhmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sənətçi reanimasiyada qalmaqda davam edir:

"Vəziyyəti kafi, huşu aydındır. Xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunur".

Qeyd edək ki, 38 yaşlı bəstəkar Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, müğənni Sevda Yəhyayeva və s. sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31