Araz İmanov Şuşadakı Çətir şəlaləsinin ən yeni görüntülərini yaydı – VİDEO

Xarici İşlər Nazirliyinin əməkdaşı Araz İmanov Şuşadakı Çətir şəlaləsinin  yeni görüntülərini yayıb.

Olaylar.az xəbər verir ki, nazirlik rəsmisinin paylaşdığı videoda Daşaltı dərəsində yerləşən Çətir şəlaləsinin əsrarəngiz görüntüləri yer alıb.Qeyd edək ki, sözügedən şəlalə el arasında suyun yaratdığı nadir səsə görə "Şır-şır" şəlaləsi kimi də tanınır. Şəlalədən axan su Daşaltı çayına tökülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31