Bakının bu hissəsində "xruşovka"lar sökülür

Bakının Yasamal rayonunda "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

Olaylar.az  Trend-ə istinadən bildirir ki, hazırda A.M.Şərifzadə və İ. Taılıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü iş aparılır.

Yasamal İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

"Layihə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31