XTQ haqqında şeir yazıldı

Şuşa şəhərinin işğaldan azad olunmasında əfsanəvi qəhrəmanlıq göstərmiş Azərbaycan xüsusi təyinatlı qüvvələrinin "052 Yaşma" adı ilə məşhur olan bölməsinə şeir həsr olunub.

ÜZÜYÜMÜN  QAŞI "YAŞMA"

Mənim ordum bir üzükdür
Qaşı Yaşma.
Düşmən başı daş istədi
Daşı Yaşma. 
 
Kimsə bilməz hardan sızar
Bəzən buzdan, qardan sızar.
Bəzən də bir oda dönər
Nə əriyər, nə də sönər. 
Bir şimşəkdi işıq saçdı,
Şuşamıza yollar açdı.
 
Cıdır Düzüm, qeyrət yerim
Sənə şad bir xəbər verim.
İntiqamın adı Yaşma
Bu zəfərin dadı Yaşma.
 
Gerçək dastan xəyal etsən
Sonsuzluğa belə getsən
Bu zəfərin bənzəri yox 
Elə isə düşünmə çox
Sağına bax, soluna bax,
Sən Yaşmanın yoluna bax.
 
Mənim ordum bir üzükdür
Qaşı Yaşma
Dastanların, nağılların
Başı Yaşma.
 
Qadir Bayrmlı, UNEC-in müəllimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31