Şəhidlərin adını gic-gic şəkillərin altına yazmağa utanmırsınız ? – DAMLA

" Son günlər yaşananlara matım quruyub. Bəzi insanlar nə yeyib, hansı havanı udur? Nədir bu təlatümlər? İntiharlar , təcavüzlər?

Bu sözləri müğənni sosial media hesabında yazıb :

" Körpələrin, qadınların amansizca öldürülməsinin günahını kimdə axtaraq? İnsanlarının evinin içinə qədər girib həyatını müzakirə edəcək boş vaxtı hardan tapırsınız? Tanımadığınız, bilmədiyiniz insanların yataq otağında yorğanın altına qədər hər şeyi müzakirə edirsiniz. Nədir bu üsyanlar, içinizdəki nifrət ? Din savaşları , məntiqsiz dini yanaşmalar. " Quran" ın bir səhifəsini belə oxumayanların " Quran" dan sitat gətirməsi gülünc deyilmi ? Hər paylaşılan fotonun altına "şəhidlərin qanı sizə haram olsun" şərhini yazanlar siz şəhid hara , necə gəldi yazıb şəhid kəlməsini niyə ucuzlaşdırırsınız? O şəhidlik mərtəbəsində ucalanların adını səhifədə gic-gic şəkillərin altına yazmağa utanmırsınız? Bəs deyilmi hamıda namus-qeyrət axtarışına çıxmağınız? Sizə nə? Sizə nə axı?

Həmçinin müğənni qeyd edib :

" Bu dəfə klipmizdə intihar mövzusuna müraciət etmişik. Çünki intihar hadisəsi son günlər yolxucu xəstəlik kimi yayılıb. Media isə problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir. Dayanmadan səhifələr paylaşır. Bu psixoloji sarsıntı keçirənlərə , dərdlərə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır. Həyat gözəldir. Çətinlikləri, əziyyəti yaşamağa dəyər. Ölüm çarə, çıxış yolu deyil. Həyatı sevin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31