Ölümün üzünə gülən körpə - Cavid İSMAYIL yazır 

CAVİD  İSMAYIL

Əfəndilər! Heç  birimizə sirr  deyil ki, dünyaya satılmaq üçün gələn ermənilər bütün dəyərlərdən uzaqdırlar. Tarixən böyük maraqların şahmat taxtasında "peşka" olan ermənilər, sahibləri göstəriş verən kimi daim üzərimizə gəlmiş və başımıza ən qəddar hadisələr açmışlar.

Bu dəfə də belə oldu. 44 günlük Şərəf savaşımız zamanı da tarix təkrarlandı. Qəhrəman ordumuzun qarşısında tab gətirməyən ermənilər yenə də əli silahsız, dinc adamlarımıza raket tuşladılar.  Bərdə, Tərtər, Gəncə və digər ərazilərdə savaş xəttindən uzaq olan dinc şəhərlərimizi raket atəşinə tutaraq uşaq, qadın,  qoca demədən dinc insanlarımızı amansızcasına  qətliam etdilər.

Təkçə Gəncə şəhərini  savaş zamanı 5 dəfə müxtəlif tarixlərdə raket atəşinə tutdular.

Bu qanlı terror hücumunun biri 11.10.2020-ci il tarixində gecə saat 2 radələrində baş verdi. Yaşayış massivinə atılan Skad  tipli  raket zərbəsindən evlər darmadağın oldu və həmin terror zamanı 9 nəfər canımızdan can aldılar və 35 nəfər yaraladılar.

Yatdığı yerdə Şəhid  və yaralı olan vətəndaşlarımızın arasında uşaqlar,  qadın və qocalar da vardı.

Bəli, bu əsl erməni mənfur xislətinin tarixi kökünə bağlı olmasının növbəti subutu idi.

Onlar dinc əhalini raket atəşinə tutmaqla güya ki, insanlarımızı qorxutmaq, insanlarımız arasında çaşqınlıq salmaq və bununla da daxildə narahatçılıq yaratmaq istəyirdilər. Həmin dönəmdə qəhrəman Gəncəmizin igid oğullarından birinin verdiyi müsahibədə bir  cümlə yadıma düşür - "ermənilər anlamalıdır ki, biz qan görəndə  naaborot qızışıyoruz!" Bəli! Qəhrəman Azərbaycan xalqınıa öz torpaqlarını azad etməyə heç kim və heç nə mane ola bilməzdi və ola da bilmədilər. Qəhrəman gəncəlilər əksinə həmin hadisələrdən sonra  sel kimi müqəddəs Savaşda cəng etmələri üçün axın etdilər. Onlar axıra qədər Ali Baş Komandanın və Qəhrəman ordunun yanında olduqlarını bəyan etdilər.

Həmin terror zamanı üz - gözü qan içində dağıntılar altından çıxarılan körpə Bəxtiyarı bütün dünya gördü. Terrordan dərhal xilas edilən üzündən qan axan bu körpənin gülüşü bizim gücümüzə güc verdi və daha da qürurlandırdı. Düşmənləri isə təbii ki, məyus etdi. Qanlar içində olmasna baxmayaraq qəhrəman Bəxtiyarın  o gülüşü üzərimizə ölüm yağdıran erməni və onların havadarlarına  sarsıdıcı cavab oldu. Bu gülüş düşmənlərə "BİZ ÖLÜMÜN ÜZÜNƏ GÜLƏN XALQIQ!" verilən ismarıc idi.

Dünya özünü korluğa vursa da, bu körpə Türk oğlunun qanlar içində gülümsəməsindən erməni və havadarları anladılar ki, bu xalqın nə qədər ki, Bəxtiyar kimi övladları var, BU VƏTƏN YENİLMƏZDİR! MƏĞRURDUR! VƏ DAİMA QALİBDİR.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31