Ağsudakı yanğınla bağlı AÇIQLAMA- FHN məlumat yaydı-VİDEO

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən OLAYLAR.Az-a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31