Türkiyənin hansı ərazisindəki yanğın SÖNDÜ

Türkiyənin Milas rayonundakı Kemerköy İstilik Elektrik Stansiyası (İES) ərazisində 11 saatdan çox davam edən yanğın səhər saatlarında səngiyib və sönüb.

Türkiyənin Milas rayonundakı Kemerköy İstilik Elektrik Stansiyası (İES) ərazisində 11 saatdan çox davam edən yanğın səhər saatlarında səngiyib və sönüb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, yanğının ərazidə ölüm, yaralanma təhlükəsi və daha çox itki verilməməsi məqsədilə Türkiyə Prezidentinin təlimatı əsasında öncədən müvafiq tədbirlər görülüb və 3 nazirin nəzarətilə təhlükəsizlik tədbirləri davam etməkdədir.

.Qeyd edək ki, İES-də təhlükənin qarşısının alınması üçün öncədən hidrogen tankerləri və kömür anbarları boşaldılıb, ərazidəki yaşayış yerlərindən 8 məhəllə təxliyə edilib.

Yanğının tamamilə söndürülməsi üçün havadan müdaxilə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31