Cəmiyyətdə yaranan ənənəvi fikir ayrılığı- Məhərrəm ayında toy etmək olar, yoxsa yox?
5 Avqust 2021 10:55 SosialBir qayda olaraq İslam dünyasının müqəddəs aylarından sayılan Məhərrəm ayında cəmiyyətdə müəyyən fikir ayrılıqları yaşanır, hər bir tərəf dini hədislərdən, müqəddəs kitablardan gətirdiyi arqumentlərlə öz fikrinin doğru olduğunu cəmiyyətə çatdırmaq istəyir. Təbii ki, söhbət bu ayda el şənliklərinin keçirilməsindən gedir. Bir qrup Məhərrəm ayında el şənlikləri, toyların keçirilməsinin dini nöqteyi nəzərdən qadağan olunduğunu əsaslandırmağa çalışsa da, başqa biriləri dində belə bir qadağa olmadığını deyir, cəmiyyətin çaşqınlıq vəziyyətindən çıxmasına çalışırlar. 2019-cu ilin mart ayından koronavirus pandemiyasının qlobal miqyasda yayılmasından sonra bu tipli el şənliklərinin keçirilməsinin qadağan olunması və bir müddət əvvəl buna icazə verilməsini nəzərə alsaq hazırkı situasiyada sözügedən məsələ ilə bağlı cəmiyyətdə çox ciddi narahatçılığın olduğunu söyləyə bilərik. Daha dəqiq desək bu il "Məhərrəmlik ayında toy etmək olar, yoixsa yox?" sualı daha aktualdır və ciddi müzakirə predmetinə çevrilib. Bəs görəsən bu barədə dini bilincli insanlar, ilahiyyatçılar nə düşünür?
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki şəriətdə Məhərrəm ayında toy olması, şənlik olması, işə başlamaq, yeni işlərə girmək, həyatında istədiyin yeniliklər etməsi barədə heç bir qadağa gəlməyib: "Bunu deyən ya Allahın Kitabından və ya şəriət ailmlərin sözlərindən bir dəlil gətirsin. Mən bu sözümü bütün fars meyilli insanlara və hələ də şəriəti doğru, düzgün anlamayan, Mübarək, haram, qorunmuş ay olan Allahın ayını Peyğəmbərin nəvələrinə aid edib əsrlərdir günah, haram edən, dünyəvi işlərdə özünü hamıdan ağılı hesab edib şəriəti bir məzhəbə, bir qola aid edib özünə şiə (guya imam tərəfdarları hesab edən) hər kəsə deyirəm ki, yas saxlamağa qadağa yoxdur. Onsuz da bizim həyatımız ana bətnindən düşəndən ağlamaq üzərində qurulub. Ağlamaq ürək təmizliyidir. Ağlamayan, kövrələməyən, yaşadığı həyatdan dərs almayıb müdrik olmayan, özünə səmavi ilahi vəhy gəlib bizə Peyğəmbər göndərilən, öz nəvələrini körpəlikdə öpüb qoxulayıb, sonra bunları yalnız möminlər sevər, münafiqlər qəzəblənər deyən Peyğəmbərin övladlarına acımayan insanda nə insanlıq olar, nə mədəniyət, nə də mənəviyat". İlahiyyatçı onu da deyib ki, amma islam tarixində Məhərrəm ayını, mübarək ayı, gözəl ayı qara günə salan, qara gün kimi təqdim edən, qara bağlayan insanların ağ günə çıxmaqlarına ümid etməsə də Allahdan onlara ağ günlər, ağ çadra, ağ şərf arzu edir: "Ola bilər onlar özləri bu dünyanı müvəqqəti bildikləri üçün, bu dünyanı öz aləmlərində qaraya bürüyüblər. Məhərrəmliyi də qaraya bürüyənlərdən uzaq olmaq üçün mən ağı seçirəm və Allahın mübarək Məhərrəm ayını yasa, dərdə, qəmə, matə çevirənlərdən uzaq durmağı daha gözəl hesab edirəm. Ən böyük səbəb budur ki, İmam Hüseynin Cənnətə şəhid olaraq getməyinə görə, Cənnətdə ən böyük məqam sahibi olmağına görə kim ona yas tutursa deməli o hələ şəriəti bilmir. Öz Rəbbini tanımayan və Allahın sevdiyi bəndəsini Cənnətə apardığına görə ona yas saxlayan necə elmli ola bilər? Ola bilər ki, bu sözüm mənə qəzəbli olan və iran-fars mollarının təsiri altında olub mənimlə höcətləşən adama dediyim sözlərdir. Hər bir halda dediyim sözlərdən mənfi fikir formalaşdırmayın. Məhərrəm ayı böyük aydır. Çalışın onun dəyərini ucuzlaşdırmayın. Əgər nəsə səhv edirəmsə Allahdan bağışlanmağımı istəyirəm. Siz də məni bağışlayın!".