“Kimsə kənd məktəblərində də keyfiyyətli dərs deməlidir”
"Hamı böyük şəhərlərdə işləmək istəyir, ancaq Azərbaycan məktəblərinin əksəriyyəti kəndlərdədir”
4 Avqust 2021 21:03 Sosial"Hamı böyük şəhərlərdə işləmək istəyir, ancaq Azərbaycan məktəblərinin əksəriyyəti kəndlərdədir".
Bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda deyib.
"Bu gün Azərbaycanın 4400 məktəbi varsa, bu məktəblərin təxminən 300-ü Bakıdadır, Abşeron yarımadasında yerləşənlərin sayı 500-dən çox deyil. Ancaq kənd məktəblərimizin sayı minlərlədir. Həmin minlərlə məktəbimizdə 100 minlərlə Azərbaycan şagirdi oxuyur. Biz həmin məktəblərə də müəllimlərimizi göndərmək istəyirik. Başa düşürük, bu xüsusilə ailə vəziyyəti, uşaqlarla bağlı xanımlar üçün çətindir. Ancaq siz də başa düşməlisiniz ki, biz həmin məktəblərə də müəllim göndərməliyik, kimsə həmin məktəblərdə keyfiyyətli dərs deməlidir", - deyə nazir qeyd edib.