Şəhidimizin doğum günü qeyd edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin doğum günü qeyd edilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin doğum günü qeyd edilib.

Avqustun  4-də Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid Elçin Kərimbəylinin doğum günü münasibəti ilə şəhidin məzarı ziyarət edilib, gül əklikləri qoyulub. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Tahir İbrahimov, şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal könüllülər iştirak etmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil almışdır. 1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilmişdir. 20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31