Whatsapp-ın yeni funksiyası BİRMƏNALI QARŞILANMADI
"WhatsApp" messencerində yeni funksiya işə salınır.
4 Avqust 2021 14:36 SosialOlaylar..az xəbər verir ki, bu barədə messencerin sahibi olan "Facebook" şirkətindən bildiriblər.
Yeni funksiyaya əsasən, messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək.
İstifadəçinin göndərdiyi foto və ya video fayl digər istifadəçi tərəfindən baxıldıqdan sonra onun yerində "Baxıldı" yazısı peyda olacaq. Bunun üçün "Bir dəfə baxmaq" ("View once") funksiyasını işə salmaq kifayət edəcək.
Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31