Xızı sakinindən "patı" və heroin götürülüb

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və heroin adlanan narkotik tərkibli maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb.

"Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və heroin adlanan narkotik tərkibli maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən xəbərə görə, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31