Piyadanı öldürən "Prado" sürücüsü...- DİN-dən AÇIQLAMA- VİDEO

 

Daxili İşlər Nazirliyi (DİN) Qaradağda baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb.

Avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Sanqaçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurmuş və idarəetməni itirdiyindən yolun kənarında dayanmış "Opel", "VAZ-2107" və "VAZ-21015" markalı 3 avtomobillə toqquşub.
Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət alan M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31