Rusiyada günorta çağı günəş görünməz oldu - FOTO

Rusiyanın Yakutsk şəhərində günün günorta çağı Günəş yoxa çıxıb. Sosial şəbəkələrdə bununla bağlı çoxlu görüntülər yayılıb.

Rusiyanın Yakutsk şəhərində günün günorta çağı Günəş yoxa çıxıb. Sosial şəbəkələrdə bununla bağlı çoxlu görüntülər yayılıb.

Olaylar.Az avtosfer.az-a istinadən məlumatına görə hadisəyə səbəb, Yakutiyada meşə yanğınlarıdır.

"Təqribən saat 13:30 radələrində birdən gündüz gecəyə çevrildi. Biz çox qorxduq. Təqribən bir saatdan sonra hava işıqlandı. Göydən kül yağır", - deyə yerli sakinlərdən biri bildirib.

Tüstü səbəbindən yanğınları söndürmək üçün cəlb olunan BE-200 və İL-76P təyyarələri öz işini dayandırmalı olub.

Qeyd edək ki, ümumilikdə respublikada 164 meşə yanğınları qeydə alınıb. Sutka ərzində ümumilikdə 61 hektar sahədə 15 yanğın ocağı söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31