Bakı metrosunda xəttə yeni qatarlar buraxılır
Bu gündən "Bakı Metropoliteni” QSC xəttə 4 yeni qatar buraxır.
3 Avqust 2021 10:24 SosialBu gündən "Bakı Metropoliteni" QSC xəttə 4 yeni qatar buraxır. Bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, qatarlar Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edəcək. Bakı metrosu yeni qatarları ötən ay Rusiyadan gətirib. Bununla da metronun parkında olan yeni qatarların sayı 19-a çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31